Fakt

Meyxanaçı Rəsulzadəyə həsr etdiyi şeirə görə tutulub? – DİN təkzib edir

“Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev unikal.org-a açıqlamasında deyib.

“Və iddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı, bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib. Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.

Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”, – E.Hacıyev bildirib.

“SAVAŞ” xatırladır ki, sosial şəbəkələrdə meyxanaçı Cavid Sumqayıtlının Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi meyxanada hökuməti tənqid etməsini əks etdirən görüntülər yayılıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button