Fakt

Hacı İbrahim həbs edildi – Açıqlama

Hacı İbrahim həbs edildi - AçıqlamaHacı İbrahim Nehrəmli mayın 12-si saat 13:00-dan etibarən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Bunu virtualaz.org-a Hacı İbrahimin həyata keçirdiyi “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov deyib.

Q.Əhmədovun sözlərinə görə, oliqarxın azad olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Mən bilmirəm Hacıya kim zəng vurub və onunla telefonla danışıb, bunu isə dəqiq bilirəm ki, Hacı İbrahim artıq 12-ci gündür ki, həbsdədir” – deyə Q.Əhmədov bildirib.

Q.Əhmədovun sözlərinə görə, söhbət Beynəlxalq Banka olan kreditlərin qaytarılmasından gedir. Bu kreditlərin həcmi isə 57 milyon dollar təşkil edir.

Xatırladaq ki, APA-ya mayın 15-də verdiyi açıqlamada Hacı İbrahim Nehrəmli həbs xəbərini təkzib etmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button