Fakt

Hansı dövlət rüsumu nə qədər bahalaşdı? – Siyahı (MƏBLƏĞLƏR)

Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna bir sıra dəyişiklik təklif olunur.
“SAVAŞ” nəzərdə tutulan dəyişiklikləri təqdim edir.
Minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları:
– Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda – mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
– 3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
– 4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları:
– dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat olacaq. İndi isə bu məbləğ müvafiq olaraq 1500 və 2500 manatdır.
– 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000 manat olması təklif olunur. Hazırda isə rüsumlar 1000 və 1500 manatdır.
– 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq. Bu məbləğ isə indi müvafiq olaraq 500 və 1000 manatdır.
Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:
– Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
– Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
– Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
– Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
– Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
– Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq. (Yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq)
Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması rüsumları:
– Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 manat,
– qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) üçün 4 manat,
– diri quş və quş əti (1 baş və ya 1 cəmdək) üçün 0,02 manat,
– hazır ət məhsulları (hər biri 1 partiya) üçün 5 manat,
– içalat, dil, baş, dırnaq (1 partiya) üçün 3 manat,
– balıq (diri, dondurulmuş və yaxud hisə verilmiş, 1 partiya) üçün 3,50 manat,
– yumurta (topdansatış — 1 partiya, 1 000 ədəddən artıq) üçün 2,50 manat,
– yumurta (pərakəndə satış, 1 partiya, 1 000 ədədə qədər) 1,30 manat,
– süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) üçün 2,60 manat,
– arı balı (1 partiya) üçün 4,50 manat müəyyən olunub.
– Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 yaşdan yuxarı şəxslər üşün 40 manatdan 60 manata artırılır.
– Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.
– Nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata qaldırılır.
– Balıqovlama biletinin və ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tutulacaq
– Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır.
– Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.
– Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır
– Sürücülük vəsiqəsinin verilməsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
– Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi üçün 50 manat,
– Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyinin verilməsi üçün 50 manat,
– Yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsi üçün 50 manat,
– Geoloji öyrənilmə məqsədilə ayrılan yerin təki sahələrinə geoloji ayırma statusunun verilməsi üçün 50 manat,
– Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi üçün 100 manat,
– İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün 2000 manat,
– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün 50 manat,
– Azərbaycanda investisiya təşviqi sənədi almaq istəyənlər bunun üçün 70 manat dövlət rüsumu ödəyəcəklər.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button