Fakt

Pensiyaya hazırlaşanlara pis xəbər – Kapital məbləği yüksəldi

2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılacaq.

Pensiyaların minimum həddinin artırılması hazırda pensiya alan (xüsusi qaydada pensiyaya çıxanlar istisna olmaqla – red.) şəxslər üçün yaxşı xəbər olsa da, pensiyaya çıxmağa hazırlaşan bəzi şəxslər üçün pis xəbər olacaq. Çünki minimum pensiyanın artırılması pensiyaya çıxmaq üçün tələb edilən pensiya kapitalını da artırdığından bəzi şəxslərin pensiyaya çıxması mümkün olmayacaq və həmin şəxslər yaşa görə müavinət almaqla kifayətlənəcək.

Hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 560 manata yüksələcək. 

Qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün 2 şərtdən biri ödənilməlidir. Ya minimum pensiya kapitalı toplanmalıdır, ya da sığorta stajı minimum 25 il olmalıdır. Elə şəxslər var ki, onların stajı 25 ildən az olsa da, pensiya kapitalı 28 800 manata yaxındır. Bu şəxslər kapitalı toplaya bildiyinə görə pensiyaya çıxa bilərdilər. Amma tələb edilən minimum pensiya kapitalı artırıldığından həmin şəxslərin pensiyaya çıxması mümkün olmayacaq.

Vasif

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button