Fakt

Köməkçisi icra başçısının biznesindən danışdı: \”Bəli, \”Sarı Gəlin\” restoranı onun olub\”

Köməkçisi icra başçısının biznesindən danışdı: "Bəli, "Sarı Gəlin" restoranı onun olub"Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sahib olduğu biznes strukturları ilə bağlı durum aşkarlanıb.
Savash.org modern.az-a istinadən bildirir ki, icra başçısının köməkçisi Müslüm Mahmudov deyib: \”Adil Vəliyev icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də \”Sarı gəlin\” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma o, Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev \”Sarı gəlin \”şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur\”.
O, daha sonra bildirib: \”Bəli, Adil müəllim \”Volkswagen\”, \”Audi\”, \”Seat\”, \”Porsche\” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil\”.
Adil Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə məsələyə isə aydınlıq gətirilməyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button