Fakt

Azərbaycanda yeni şəhər salınır – Heydərabad

Azərbaycanda yeni şəhər salınır - Heydərabad\”Gələcəkdə ölkəmizdə iki iri şəhər kompleksi layihəsi nəzərdə tutulub. Onlardan biri Ələtdə, digəri isə indiki Şabran rayonu ilə Siyəzən rayonu arasında olacaq. Bu layihələr reallaşdırılsa, onlara Ulu öndər Heydər Əliyevin adı veriləcək\”.

Savash.org xəbər verir ki, bunu Aktual.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün ən iri layihələrin Ulu öndərin adı ilə bağlı olması təsadüfü deyil:

\”Avropa İttifaqının ən iri layihəsi olan Bakı-Tiblisi-Ceyhan boru kəmərinə də ulu öndərin adı verilib. Bununla yanaşı, dəfələrlə belə bir fikir səslənib ki, böyük bir şəhər yaradılsın və ona Heydər Əliyevin adı verilsin. Naxçıvan Muxtar Respublikasında bir sərhəd bölgələrindən gələn qaçqınlar üçün tikilmiş qəsəbəyə Heydər Əliyevin adı (Heydərabad) verilib. Gələcəkdə də Azərbaycanın hansısa bir iri yaşayış mərkəzinə, yeni salınacaq şəhərə mütləq Ulu öndərin adı verilməlidir. O cümlədən, Azərbaycanın ən uğurlu, aparıcı kompleksləri Heydər Əliyevin adını daşımalıdır\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button