Fakt

Bakı merindən villa sahiblərinə ultimatum: \”45-ci villa söküldü. Gec-tez ora da gələcəyik\”

Bakı merindən villa sahiblərinə ultimatum: "45-ci villa söküldü. Gec-tez ora da gələcəyik"\”Dostluq Parkında artıq 45-ci villa söküldü və bu yerdə gözəl park salınaraq sakinlərin istifadəsinə veriləcək\”.

Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün ərazidə keçirilən iməcilikdə jurnalistlərə bildirib ki, ulu öndər Heydər Əliyevin öz əlləri ilə saldığı Dostluq Parkı əvvəlki vəziyyətinə gətirilərək gözəl bir yaşıllıq zonasına çevrilməlidir. İlkin olaraq Lənkəran və digər yerlərdən 10 mindən çox ağac gətirilərək əkilib.

İcra Hakimiyyətinin başçısı bildirib ki, BŞİH-in ağac əkən təşkilatları ilin axırına qədər o ağaclara qulluq göstərəcəklər və isti aylar olduğuna görə ağaclar 2 gündən bir suvarılmalıdır. Sonda həmin təşkilatlar əkdikləri və böyütdükləri ağacları BŞİH-ə təhvil verəcəklər.

Bakı meri bildirib ki, bundan sonra da qanunsuz tikilən villaların söküntüsü davam edəcək. \”Bu villaların sökülməsi imkanlı, qanuna zidd hərəkət edən, özünün şəxsi mənafeyini dövlətin mənafeyindən üstün tutan insanlara bir sınaqdır. Onlar bilsinlər ki, gec-tez ora da gələcəyik, gəlin qanuna riayət edək\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button