Fakt

Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxıldı

Qaraheybətdəki aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 helikopterində xəsarət alan iki hərbçi evə buraxılıb.

Savash.org xəbər verir ki, bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən bildirilib.

“Yaralı hərbçilər – polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində həkimlərin nəzarəti altında davam etdirir”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14 nəfəri şəhid olub, iki nəfər isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button