Fakt

Maşınların qiyməti düşdü (VİDEO)

Maşınların qiyməti düşdü (VİDEO)Avtomobil bazarıdakı vəziyyət qeyri-dinamik həddə çatıb. Bazarda satan çox olsa da, alan yoxdur. İqtisadçı ekspertlər və satıcılar satışın zəifləməsini kreditin verilmə qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Kredit qaydalarının sərtləşdirilməsi avtomobil bazarına ciddi təsir edib.

Son bir neçə aydır avtomobil bazarında durğunluq davam edir. Satan çox olsa da alan azılıcı azalıb.

İqtisadçılar da istər ötən il, istərsə də bu ilin əvvəli ilə müqayisədə alıcıların azalmasını təsdiq edir. Səbəb kimi isə kredit qaydalarının sərtləşdirilməsini göstərirlər.

Satıcılar bunu bankların krediti dollarla və bir qədərdə yuxarı faizlə verməsi ilə əlaqələndirirlər.

Alıcı azlığı olduğundan xüsusilə də bahalı maşınların qiyməti düşüb. İqtisadçı ekspertlər isə alıcılara bankdan kredit yox, lizinq almağı məsləhət görür. /Xezerxeber.com/

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button