Fakt

Prezident Ermənistana qaytarılan əsirlərin sayını AÇIQLADI

“Burada heç bir sirr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu, həqiqətdir və təsdiqini tapmış məsələdir”.

Savash.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: “Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Eyni zamanda, məhkəmələrin qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir. Lakin yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıb. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button