Fakt

Qiyamçı səfir postundan geri çağırıldı

Qiyamçı səfir postundan geri çağırıldıAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.

Bunu \”Trend\”-ə Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.

Onun sözlərinə görə, bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.

K.Süleymanlı məktubdan sitat gətirir: \”İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, A.Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button