Fakt

\”Bakı-2015\”-də gözlənilməz situasiya: jurnalistlər xəstəxanaya aparıldı

"Bakı-2015"-də gözlənilməz situasiya: jurnalistlər xəstəxanaya aparıldıİyunun 17-də H.Əliyev adına İdman kompeksində çalışan hakimlərin, iştirakçıların və foto-video operatorlarının görmə qabiliyyətində qəribə problem yaranıb.

Qeyri-rəsmi məlumatlara görə, Avropa Oyunları çərçivəsində axşam yarışları zamanı zalın yuxarı hissəsində lampalar partlayıb. Partlayan lampalardan zala toz hissəcikləri tökülüb. Lakin iştirakçıların əksəriyyəti bunu hiss etməyib. Ancaq bu gün zalda işləyən fotoqraflar və hakimlər pis görmələrindən şikayətləniblər. Çoxunun gözlərində qızartı əmələ gəlib. Fotoreportyorlar müayinə üçün xəstəxanaya göndəriliblər.

Eyni zamanda bugünkü güləş yarışmasının hakimləri günəş eynəkləri taxıblar. Bəzi zərərçəkənlərin sözlərinə görə, onların gözlərində sançı var, işığı boz-bulanıq görürlər. Avropa Oyunları Əməliyyat Komitəsindən şərh almaq mümkün olmayıb. (\”Turan\”)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button