Fakt

Ramil Usubovdan daha bir rəis təyinatı

Ramil Usubovdan daha bir rəis təyinatıAzərbaycan daxili işlər orqanlarında növbəti kadr təyinatı olub.

\”Report\” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Əlyəddin Səfərov Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Ə.Səfərov bu təyinata qədər Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

O, bundan əvvəl, Xəzər RPİ və Nəsimi RPİ-lərində rəis müavini və 20-ci Polis Bölməsinin rəisi vəzifələrində işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl nazir R.Usubovun əmri ilə Ə.Səfərovun qardaşı, polis polkovniki Səyyəddin Səfərov Zəngilan RPŞ-nin rəisi vəzifəsindən azad edilib. Onun yerinə isə Astara RPŞ-nin rəis müavini Ənvər Həsənov təyin edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button