Fakt

Hacı İbrahimin əlindən qaçan sahibkar İlham Əliyevi Avropada gözləyir

Hacı İbrahimin əlindən qaçan sahibkar İlham Əliyevi Avropada gözləyirHacı İbrahim Nehrəmlinin əlindən didərgin düşmüş qazaxlı sahibkar Elşad Məmmədov Moderator.az -a növbəti yazı göndərib.

Məhkəmə hakimlərinin sifarişli qərarlar verərək onu vətənindən didərgin saldıqlarını, çoxsaylı müraciətlərinə baxılmadığını dilə gətirən Elşad Məmmədov ümidini itirmədiyini bildirib. O, ölkə başçısı İlham Əliyevin ona yardım edə biləcəyini düşünür və prezidentin Avropa səfərlərinin birində 3 övladı ilə onunla görüşə gedəcəyini deyir.

Savash.org yazını olduğu kimi təqdim edir:

\”Bunlar kimlərdir və nəyə görə bunu edirlər. Şəxsi mənafeyləri yoxsa yuxarıdan verilən göstərişlər?
Söhbət əlbətdə ki bizim məhkəmə hakimlərindən və prokurorlarımızdan gedir. Hakimlərin ədalətsiz cıxartdıqları məhkəmə qərarları və prokurorluq işcilərinin vaxtında cinayətkarları həbs etməmlərindən gedir. Mən bunları yaşadığım və gördüyüm üçün əminliklə deyə bilərəm. Heç bir nazirliklər və məhkəmələr öz üzərinə düşən vəzifə borcunu yerinə yetirmir. Bu bir fakdır.

1) Məhkəmlər ali olmalı və hər bir vətəndaşın hüquqlarını müdafiyə etmək əvəzinə öz şəxsi maraqları, ya da tapşırıqlara mənim kimi minlərlə insanları evsiz eşiksiz qoyur. Mənim qanuni sənədlərimi milyarder, ilin iş adamı, Azərbaycan və Türkiyədə ada tikən, səhərlər 100 qram konyak içən hacı İbrahimin Xəzər adaları fantaziyası kimi məni öz şərləmə fantaziyalarına qurban etdi. Hətta ölüm hədələrini və şərləyərək tutduracağını axranası və qardaşı Nazim İbrahimov hec bir şeydən çəkinmədən ailə gətirib və mesajlar vasitəsi ilə deyib və yazıblar. Ancaq yazdığım 1000 şikayətim və 300-ə yaxın mətbuat vasitəsi ilə müraciyyətim MTN, DİN VƏ BAŞ PROKURORLUQda 4 ildir araşdırılmır.
2) Prokurorluq işçiləri nəyə görə vaxtında cinayyət işi açmırlar? Məni şəxsən Zakir Qaralov və birinci müavini Rüstəm Usubov, korrupsiya Generalı Kamran Əliyev qəbul ediblər və haqlı sayıblar. Həttda məni Ali məhkəməyə şəxsən Baş Prokuror Zakir Qaralov tapşırmasına baxmayaraq Ali məhkəmənin sədri Ramiz Rzayev öz kəndçisini müdafiə etdi.Mən 4 il şikayət etmədiyim və qəbulunda olmadığım nazir və porokuroluq işçisi qalmadı, ancaq nədənsə son günlərdə oliqarxların həbsində ən öndə olanlardan, konyak içib ağlayan İbrahim Nehrəmli məhz vətəndaşa yox bankdan götürdüyü 600 milyon kreditin faizini gecikdirdiyi ücçün hüquq mühafizə orqanları, bondotdel onu həbs etdi və banka olan borcunu ödətdirdi. Banklarda olan pullarla mənim nağd şəkildə ödəyib, aldığım evlərin pulları arasında fərq nədir? Misal var, mərdi qova-qova namərd edirlər . Azərbaycan prokurorları və məhkəmələri öz şəxsi mənafeləri və aldıqları sifarişlərin nəticəsində məni və mənim kimi minlərlə haqqını tələb edənləri bu hala salırlar. Mən 4 il Azərbaycan ordusunda qulluq etmişəm, yetim oğlan və 3 körpə övlad atasıyam. Bu gün məcburiyyət qarşısında qalıb tutulmaq və ölmək təhlükəsini gözə alıb ölkəni tərk etmişəm.Avropada hər bir nazirin və prokurorun qəbulunda olmuşam, son ümid kimi ölkə başçısı ilə görüşmək ücün ailəm və 3 körpə öladımla avropaya köçmüşəm. Şəxsən ölkə başcısı Avropaya gəldikdə 3 övladımı götürüb görüşünə gedəcəm və bu haqsızlıqları deyəcəm inşaallah.
İndi siz deyin kimdir vətən xaini, mən haqqımı tələb edib vətənimdən didərgin düşən, yoxsa öz şəxsi mənafeyinə və sifarişli qərarlar çıxardan məhkəmə hakimləri???\”

Qeyd edək ki, Elşad Məmmədov ötən il Prezident Administrasiyası qarşısında aksiya keçirmişdi və həmin aksiyadan video görüntüləri da yazının sonunda təqdim edirik. Bundan öncə isə o, 8 gün ağzını tikib aclıq aksiyası da keçirmişdi.

Avesta\” şirkətindən 355 min manata 2 mənzil alan Elşad Məmmədov bu günə qədər nə mənzilini, nə də pulunu geri ala bilməyib. \”Avesta\” şirkətinin sahibi isə \”Xəzər adaları\” layihəsi ilə məhşurlaşan İbrahim İbrahimovdur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button