Fakt

Komitə sədri yeganə oğlunu əsgər göndərdi

Komitə sədri yeganə oğlunu əsgər göndərdiAzərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb.

Lent.az-ın məlumatına görə, Elnur İbrahimov ötən gün hərbi xidmətə yollanıb və “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.

1989-cu il, yanvarın 23-də Naxçıvanda doğulan Elnur İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.

Qeyd edək ki, E.İbrahimov Nazim İbrahimovun yeganə oğludur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button