FaktProblem

Yeni neft sazişini bu üç şəxs idarə edəcək – DOSYE

“Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi layihəsi Azərbaycanın gənc neft-qaz şirkətinə həvalə olunacaq. 

Sfera.az xəbər verir ki, Milli Məclis yaxın vaxtlarda adıçəkilən yataqların daxil olduğu blokun işlənməsi ilə əlaqədar SOCAR-la “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaq.

Yeni neft sazişini idarə edəcək “GL İnternational LTD” MMC (GL) adı çoxlarına tanış gəlmir. Çünki bu şirkət yeni təsis edilib və 2021-ci ilin oktyarın 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin fəaliyyətə başladığı tarix isə 2019-cu ilin aprel ayıdır.

GL özəl şirkətdir. Onun sahibi Zeynalov Asif İbrahim oğludur. A.Zeynalov həm də şirkətin baş icraçı direktorudur. O, GL şirkətini təsis edən zaman qurum 1000 manat kapitala sahib idi.

Rəsmi məlumatlara görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 37-dir. GL-in baş ofisi paytaxtdakı “Parkview Business Center”də yerləşir. GL yeni şirkət olsa da onu idarə edənlər neft-qaz sahəsi üzrə kifayət qədər təcrübəyə sahib olan şəxslərdir.

A.Zeynalovun neft-qaz sahəsində 30 ildən çox iş təcrübəsi var: 1984-1995-ci illərdə SOCAR-da, 1995-2019-cu illərdə BP şirkətində çalışıb.

Şirkətin vitse-prezidenti Mark Soyer adlı əcnəbi şəxsdir.

O, biznesin inkişafına cavabdehdir. Mark Soyerin energetika sektorunda 36 illik geniş beynəlxalq təcrübəsi var – maliyyə, biznesin inkişafı, danışıqların aparılması, strategiya, birləşmə və satınalmalara və biznes bölmələrinə rəhbərlik edib. Mark Soyer sövdələşmələr üzrə 28 ölkədə geniş təcrübəyə malikdir.

 

GL-in digər vitse-prezidenti Elman Seyidovdur. E.Seyidovun neft-qaz və aviasiya sahəsində 30 ildən çox təcrübəsi var və o, bir sıra rəhbər vəzifələrdə çalışıb.

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button