Fakt

Hüquq müdafiəçisinə 3 il həbs cəzası verildi

Hüquq müdafiəçisinə 3 il həbs cəzası verildiİyulun 22-də Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 il həbs cəzası verib.

Prokuror 4 il həbs istəmişdi.

Taleh Xasməmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Oqtay Gülalıyev hökmü siyasi sifariş və ədalətsiz adlandırıb.

“Məhkəmənin Taleh Xasməmmədova verdiyi həbs müddəti hətta ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsinin sanksiyasına belə adekvat deyil. Hökmdən apelyasiya şikayəti veriləcək” – deyə Gülalıyev \”Turan\”a bildirib.

Taleh Xasməmmədov 2015-ci il, fevralın 24-də o, polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button