Fakt
Bakıda fəhlə 10-cu mərtəbədən yıxılaraq öldü
Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Savash.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Xətai rayonu ərazisində inşa edilən binada işləyən Bakı şəhər sakini Mirhəmid Mehdiyev ehtiyatsızlıq nəticəsində 10-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.