Fakt

İnternetdə Qəddafinin oğlunun döyülməsi videosu yayılıb – VİDEO

İnternetdə Qəddafinin oğlunun döyülməsi videosu yayılıb - VİDEOLiviya prokurorluğu videonu araşdırmağa başlayıb.

İnternetdə sabiq Liviya lideri Məhəmməd Qəddafinin oğlu Saadi Qəddafinin həbsxana mühafizəçilərinin olması ehtimal edilən adamlar tərəfindən döyüldüyünü əks etdirən 10 dəqiqəlik video yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.

İlkin məlumata əsasən, onu döyənlər həbsxana əməkdaşlarıdır. Saadi Qəddafinin gözlərini bağladıqdan sonra dindirilmə aparılır və o, döyülməyə məruz qalır.

Liviya prokurorluğu videonun araşdırılmasına başlayıb. Prokurorun sözlərinə görə, məhkumu döyənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır.

Daha öncə Məhəmməd Qəddafinin oğlu Seyf əl-İslama ölüm hökmü çıxarıldığı bildirilmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button