Fakt

Vidadi İsgəndəli Elşad Məmmədovun müdafiəsinə qalxdı -Video

Vidadi İsgəndəli Elşad Məmmədovun müdafiəsinə qalxdı -VideoDemokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli Qazaxlı iş adamı Elşad Məmmədovun işində bir başa qeyri obyektivliyə görə prokurorluq orqanlarını və məhkəmələri ittiham etdi

Hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli özünün facebook səhifəsində Qazaxlı iş adamı Elşad Məmmədova qarşı törədilən dələduzluqla bağlı status paylaşıb. Statusda qeyd olunub:

Hal hazırda mühacir həyatı yaşayan tanınmış jurnalist və bloqqer Elşad Məmmədova qarşı Hacı İbrahim dələduzluq edərək onun 300 min manatdan çox pulunu mənimsəmişdir. Mən bir hüquq müdafiəçisi kimi Elşad Məmmədovun hüquqlarını qoruyurdum və bu cinayət haqqında Baş Prokurorluğa , Ali Məhkəməyə, Prezidentə müraciətim etmişdim. O vaxt Dövlət qurumları bizim səsimizə səs vermədi.

İndi bu dövlət qurumlarına sual ünvanlayıram?

Necə olur ki, müxalifətçi bir yazara qarşı cinayət törədiləndə qanun işləmir Ancaq dövlət məmurlarına qarşı qanunsuzluq edəndə dərhal Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə (“Bandotdelə”) aparıb canın alirlar. Demək bizdə (Azərbaycanda) qanunlar (konstitusiyanın 25 mad. müəllif) işləmir. (bütün insanlar qanun və məhkəmə qarşısında eyni məsüliyyət daşıyır.) Bu Azərbaycan reallığıdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button