Fakt

İsveçrədə yaşayan Tofiq Qasımovun son fotosu

İsveçrədə yaşayan Tofiq Qasımovun son fotosuSabiq xarici işlər naziri, Elçibəy komandasının tanınmış nümayəndəsi Tofiq Qasımovun son fotosu yayılıb. Uzun müddətdir ki, ölkə ictimaiyyətindən, mediadan, o cümlədən də yaşadığı Avropadakı mühacirlərimizdən gen gəzən sabiq naziri görüntüləmək mümkün olub. Bu barədə Müsavat Partiyasının mühacirətdəki üzvləri məlumat yayıblar. Partiyanın mühacirətdəki üzvü Əbülfəz Səfərəli musavat.com-un təqdim etdiyi bu fotonu və aşağıdakı statusu paylaşıb.

\”Bu gün xoş təsadüf nəticəsində keçmiş Xarici İşlər nazirimiz Tofiq Qasımov ilə rastlaşdıq. Xeyli dəyişsə də tanımaq çətin olmadı. Bir az dərdləşdik. Bu təsadüfdən o da çox sevindi, biz də\”.

Qeyd edək ki, Tofiq Qasımov xeyli müddətdir İsveçrənin Lütsern şəhərində ailəsi ilə birlikdə yaşayır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button