Fakt

İsveçdəki Azərbaycan diplomatlarına 11 min 700 avro cərimə kəsildi

İsveçdəki Azərbaycan diplomatlarına 11 min 700 avro cərimə kəsildiAzərbaycanın İsveçdəki səfirliyində qeydiyyatda olan avtomobillərə yol hərəkəti qaydalarının pozulmasına görə 11.700 avro cərimə yazılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda İsveç mətbuatı yazır.

Bildirilir ki, Azərbaycan diplomatları cəriməni ödəməkdən imtina edir. Çünki diplomatik toxunulmazlıq statusu məhkəmə icraçılarının cərimənin ödənilməsini tələb etməsinə imkan vermir və ancaq İsveç XİN məsələni həll edə bilər.

Qaydanı pozanlar isə təkcə Azərbaycan diplomatları deyil. Diplomatik nömrə nişanlı maşınlarla park etmə qaydalarını pozmaq və bu zaman cərimələrdən qorxmamaq olar. Adətən belə hallarda avtomobil sahibləri cərimələri ödəməkdən imtina edəndə iş məhkəmə qərarlarının icrası üzrə dövlət xidmətinə (Kronofogden) göndərilir.

Bu strukturun isə diplomatlardan cəriməni tələb etmək hüququ yoxdur və nəticədə materialları İsveç XİN-ə göndərir.

Hazırda yol hərəkəti qaydalarını pozan və cəriməni ödəməyən diplomatlar arasında Türkiyə səfirliyinin işçiləri liderlik edir. Onların “ayağında” 18 min avro ödənilməmiş cərimə var.

İkinci yerdə 11,7 min avro ödənilməmiş cərimə ilə Azərbaycan səfirliyi gəlir. Üçüncü yerdə isə 11 min avro ilə Rusiya səfirliyidir.

Qeyd edək ki, Azərbaycan diplomatları Avropanın digər ölkələrində də özlərini adətən bu cür aparırlar. Bu yaxınlarda Hollandiya hökuməti yerli mətbuatın sorğusu əsasında ölkədə akkreditə olunmuş xarici diplomatların yol hərəkəti qaydalarını pozduğuna dair statistikanı açıqlayıb.

Statistikaya əsasən ötən il diplomatik nömrə nişanlı avtomobillərə 2871 dəfə cərimə kəsilib. 2013-cü ildə isə bu rəqəm 4 mindən yuxarı idi.

2014-cü ildə xarici diplomatlara kəsilən cərimələrin ümumi məbləği 198 min 23 avrodur.

Həmçinin məlum olub ki, Hollandiya hökumətinin sərt xəbərdarlığından sonra xarici diplomatlar cərimələri ödəməyə başlayıblar.Buna baxmayaraq Rusiya diplomatları cərimələrin ödənilməsini hamıdan çox ləngidir. Onlardan sonra Gürcüstan və Azərbaycan diplomatik məmurları gəlir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button