Fakt
Naxçıvan gömrüyündə yeni əməliyyat: Rəis HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.
Savash.org-un məlumatına görə, bununla bağlı axar.az məlumat yayıb.
Məlumata görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.
Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.