Fakt

Qərib Məmmədovdan icra başçılarına şok ittiham: \”Torpaq alveri edirlər…\”

Qərib Məmmədovdan icra başçılarına şok ittiham: "Torpaq alveri edirlər..."Komitə sədri torpaq sahələrinin zəbt olunmasından danışdı; yerli padşahlarla torpaq savaşı başlayır

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov icra başçılarını ittiham edib. Komitə sədri bildirib ki, aparılan araşdırmalar zamanı bəlli olub ki, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrinin və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları qanunsuz zəbt olunub. Hüquqi və vəzifəli şəxslər həmin torpaqların təyinatını özbaşına dəyişdirib. Qərib Məmmədov APA-ya müsahibəsində daha sonra deyib: “Orada fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və s. tikililər aparılır.

Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır.

Odur ki, qiymətli kənd təsərrüfatı torpaqlarının zəbt olunaraq, onlardan qanunsuz istifadə edilməsinin qarşısının alınması məqsədilə mövcud qanunvericilik aktlarının sərtləşdirilməsi, bu istiqamətdə yeni qanun layihəsinin hazırlanması məqsədəmüvafiq hesab olunub\”.

Qərib Məmmədov bildirib ki, rəhbərlik etdiyi komitə bütün buların qarşısını almaq üçün Torpaq Məcəlləsində, Inzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində torpaqların, o cümlədən kənd təsərrüfat təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədləri üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması halları ilə bağlı cərimələrin miqdarının artırılması ilə bağlı müvafiq qanun layihələri hazırlayıb. Onun sözlərinə görə, həmin qanun layihələri Nazirlər Kabinetinə təqdim olunub.

“Hesab edirik ki, müvafiq qanunlarla tənzimlənəcək torpaq üzərində hüquqların pozulması, xüsusən də kənd təsərrüfatı torpaqlarının keyfiyyətinin pisləşdirilməsinə, eləcə də dövriyyədən çıxarılmasına yönəldilən bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar özünəməxsus xüsusi əhəmiyyət kəsb edəcək”,- deyə komitə sədri bildirib.

Bəllidir ki, Azərbaycanda kimsə özbaşına hansısa torpaq sahəsini zəbt edib orada fərdi yaşayış evləri, yaxud da başqa tikililər inşa edə bilməz. Bütün bunlar icra hakimiyyətlərinin razılığı əsasında həyata keçirilə bilər. Qərib Məmmədov konkret ad çəkməsə də, onları “vəzifəli şəxslər” adı altında ümumiləşdirib.

Qərib Məmmədovun bu fikirlərindən belə qənaətə gəlmək olar ki, torpaq komitəsi ilə icra hakimiyyətləri arasında torpaq savaşı başlayacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button