Fakt

39 illik türmə həyatından sonra günahsız olduğu üzə çıxdı

39 illik türmə həyatından sonra günahsız olduğu üzə çıxdıKlivlenddə 57 yaşlı afroamerikalı Riki Cekson adlı keçmiş məhbusun başına ilginc hadisə gəlib. 39 ilini türmədə keçirəndən sonra onun günahsız olduğu üzə çıxıb. Rikini adam öldürməkdə ittiham edirdilər. Lenta.ru saytının yazdığına görə, bu, rekord göstərici sayılır.
Cekson daha iki nəfərlə birgə 1975-ci ildə Klivlenddə bir valyutadəyişmə məntəqəsi sahibi olan Harold Frenks adlı kişini vəhşicəsinə öldürmək iddiası ilə həbsə düşmüşdü. Yeganə sübut kimi isə 12 yaşlı yeniyetmə Eddi Vernonun guya Rikini hadisə yerində görməsi ilə bağlı ifadəsi yer almışdı. İşə yenidən baxılmasının səbəbi isə hazırda 53 yaşında olan Vernonun 37 il əvvəl verdiyi ifadədən imtina etməsi olub. Oqayo ştatında qüvvədə olan “Günahsızlıq” layihəsinə görə, Vernon bu etirafını həm də keşiş qarşısında edib. O, deyib ki, hadisə baş verən zaman o, məktəb avtobusunun içində olub. Ona görə də baş verənləri dəqiqliklə görə bilməyib. Bundan başqa, keçmiş məktəbli hökumətin işinə yaramaq üçün yalan danışdığını da boynuna alıb. Nəticədə R.Cekson azadlığa buraxılıb. Onunla birgə cinayəti həyata keçirdiyi iddia edilən digər 2 şəxsin də işi məhkəmədədir, onların da azadlığa buraxılacağı gözlənilir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button