Fakt

Bakıda polis bu qıza görə güllələndi – FOTO

Bakıda polis bu qıza görə güllələndi - FOTOŞəkildə Bakıda sabiq polis əməkdaşı, biznesmen Nadir İbrahimovun qətlinə səbəb olan Həbibə Bağırovadır.

İlkin versiyaya görə, Rövşən Həsənov Nadir İbrahimovu məhz Həbibə Bağırovaya zəng vurduğuna görə görüşə çağırıb və \”Lexus\”da tapança ilə 8 güllə vuraraq öldürüb.

H.Bağırova əvvəllər N.İbrahimovun şirkətində işləyib. Amma onun mərhum N.İbrahimovla, eyni zamanda R.Həsənovla hansı münasibətdə olması məlum deyil.

Qeyd edək ki, silahlı insidentlə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Bildirilir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat etməsi ilə bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, dünən gecə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov, Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni həll etmək üçün paytaxtın Nizami rayonu ərazisində görüşüblər.

Görüş zamanı Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib. Nadir İbrahimovu güllələyən şəxs hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapancanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Nadir İbrahimov keçmiş polis əməkdaşı olub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button