Fakt

Xədicə İsmayıla aparılan yemək geri qaytarıldı

Xədicə İsmayıla aparılan yemək geri qaytarıldıDekabrın 8-də ailə üzvlərinin jurnalist Xədicə İsmayıla apardığı yemək sovqatı Bakı İstintaq Təcridxanasında qəbul olunmayıb. Bu barədə AzadlıqRadiosuna jurnalist Əfqan Muxtar məlumat verib. Onun dediyinə görə, ailə üzvlərinə təcridxanadan bildirilir ki, yemək yalnız həftədə bir dəfə qəbul olunur:

«Xədicə İsmayıl mədəsindən əməliyyat olunub, o, xüsusi pəhrizlə yemək yeməlidir. Həm də ona dünən aparılan sovqat yalnız bir gün üçün nəzərdə tutulmuşdu. Bunların heç biri nəzərə alınmadı. Faktiki olaraq Xədicə bu gün ac qalacaq».

Bununla bağlı ailə üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməyi düşünür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button