Fakt

Terrorçular \”Əmrahbank\”ın saytına hücum etdi

Terrorçular "Əmrahbank"ın saytına hücum etdiİŞİD hakerləri Azərbaycan dövlət saytlarına kiber hücum təşkil etdiklərini iddia ediblər.

Özlərini \”İslamic Kiber Army\” adlandıran İŞİD hakerləri \”Əmrahbank\”ın saytında yerləşdirdiyi xəbərdarlıqda bildiriblər ki, çox sayda banklar, hökumət və hərbi saytlardan məlumatlar oğurlanıb.

\”Sizə xəbərdarlıq edirik: əgər 7 gün ərzində bizə qarşı olan müharibəni dayandırmasanız, biz bu məlumatları internetdə yerləşdirəcəyik\” – deyə hakerlərin xəbərdarlığında əks olunub.

Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, kiber təşkilatın bu iddiaları tam əsassızdır və dövlət saytlarına heç bir hücum olmayıb. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb.

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

\”Əmrahbank\” özü də rəsmi saytına bu gün edilən haker hücumu ilə əlaqədar açıqlama yayıb.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli APA-ya bildirib ki, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir.

\”Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi\” – deyə o bildirib.

N.Cəfərli qeyd edib ki, veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Bank rəsmisi əlavə edib ki, bank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button