Fakt

Masallıda daha bir kəndin sakinləri təhlükədə

Masallıda daha bir kəndin sakinləri təhlükədəMasallı rayonunun Təzəkənd kəndinin sakinləri təhlükə ilə üzləşdiklərini deyirlər.

Bu barədə Arqument.Az-a kənd sakinləri özləri məlumat veriblər.

Onların sözlərinə görə, ötən əsrin 60-cı illərdindən qalan elektrik dirəkləri çürüyüb. Kənddə gəzmək belə təhlükəlidir. Çürük dirəklərin hətta yaşayış evlərinin üstünə aşması an məsələsidir. Dirəklərdən birinin qəza vəziyyətində olması ucbatından sakinlərdən biri tikdiyi tövlənin dam örtüyünü vura bilmir. Hara şikayət edirsə, baxan yoxdur\”.

Sakinlərin sözlərinə görə, kənddə bir çox obyektlər də elektrik xətlərinin altında tikilib. Bu problemə isə baxan yoxdur: \”\”Azərişıq\”ın yerli idarəsinə, icra hakimiyyətinə dəfələrlə şikayət məktubu göndərmişik. Dəfələrlə söz veriblər, amma problem aradan qaldırılmayıb. Külək əsən kimi sakinlər də qorxudan əsirlər ki, indi həmin bu çürük dirəklər aşacaq, qəzalı xətlər qırılıb yerə töküləcək\”.

Qeyd edək ki, Masallı rayonunda yaşanan bu problemlərlə bağlı dəfələrlə məlumat vermişik.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button