Fakt

Ağcabədidə dəhşət: qonaq ev sahibini öldürdü, arvadını bıçaqladı

Ağcabədidə dəhşət: qonaq ev sahibini öldürdü, arvadını bıçaqladıAğcabədi rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Avşar kənd sakini, 1979-cu il təvəllüdlü Fikrət Məmməd oğlu Məhəmmədov həmkəndlisi və dostu, 1964-cu il təvəllüdlü Mehman Əkbər oğlu Rüstəmov aralarında yaranan münaqişə səbəbindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Məlum olub ki, Mehmanın evində qonaq olan Fikrət yeyib-içdikdən sonra ev sahibi ilə aralarında münaqişə yaşanıb. Qonaq ev sahibini qətlə yetirdikdən sonra Mehmanın həyat yoldaşı Təranə Şəmsəddin qızına da bir bıçaq zərbəsi vurub.

Hazırda M.Fikrət tutularaq istintaqa cəlb edilib.

Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button