Fakt

Evinə gələn polisləri bıçaqladı, daha sonra… – Bakıda ŞOK OLAY

Bakının Xəzər rayonunda ruhi əsəb xəstəsi 2 polisə xəsarət yetirib.

Savash.org APA-ya istinadən xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, ruhi əsəb xəstəsi olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları – 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa ruhi əsəb xəstəsi qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button