Fakt

\”Bandotdel\” gecə əməliyyat keçirdi: həbs edilənlər var

"Bandotdel" gecə əməliyyat keçirdi: həbs edilənlər varDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Baş Narkotiklərə qarşı Mübarizə İdarəsi Bərdə rayonunda əməliyyat keçirib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecəyarısı həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfərdən çox şəxs saxlanılıb.

Saxlanılan şəxslərin rayonda narkotik vasitələrin satışı ilə məşğul bildirilir. Onların arasında Bərdədə kriminal vəziyyətə nəzarət etmək iddiasında olanların olduğu da qeyd edilir.

Xatırladaq ki, oxşar əməliyyat bir neçə gün əvvəl Hacıqabul rayonunda da həyata keçirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button