Fakt

8-ci sinif şagirdi direktordan DİN-ə şikayət etdi – İMİŞLİDƏ

8-ci sinif şagirdi direktordan DİN-ə şikayət etdi - İMİŞLİDƏİmişli rayonunun Çaxırlı kəndində qəribə olay yaşanıb.

Belə ki, iki gün əvvəl 8-ci sinif şagirdi Sübhan Nurulu direktor Atamoğlan Məmmədov tərəfindən döyülərək, məktəbdən qovulması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib.

Bu barədə mia.az-a verilən məlumata görə, DİN-nin \”Qaynar xətti”nə edilən zəngdən sonra rayon polis əməkdaşları məktəbə göndəriliblər: \”Orada isə məktəb rəhbərliyi şagirdi direktorun vurmadığını iddia edib. Polislə söhbətdə bildirilib ki, şagirdi direktorun müavini Vəli Əliyev, sadəcə, tənbeh edib. Yəni şagird nə vurulub, nə də döyülmə hadisəsi olub. Ancaq şagird şikayətinin üzərində həmin günü dayanıb və israrla direktorun onu vurduğunu deyib\”.

Məlumatda o da bildirilir ki, məktəb rəhbərliyi həmin şagirdin ağsaqqallarına minnətçi də düşərək, şikayəti əsassız çıxarmağa çalışıblar.

Məsələ ilə bağlı rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovdan münasibət öyrənmək istəsək də, o, dəfələrlə etdiyimiz zəngləri cavabsız buraxdı. Hətta şöbə müdirinin telefonuna mesaj yazıb, kim olduğumuzu və məqsədimizin nədən ibarət olduğunu bildirsək də, xeyri olmadı…

Məktəbin direktoru Atamoğlan Məmmədov isə barəsində deyilənləri təkzib etdi: \”Mən həmin günü rayonda olmuşam. Yəni heç məktəb də olmamışam. Həmin şagirdə gəldikdə isə, əmin edirəm, o, məktəbdə döyülməyib. Bəli, müavinim uşağın özünü məktəbdə nümunəvi apara bilməməsinə görə ondan valideynlərini çağırmağı tələb edib. Uşaq da bundan əsəbləşib, DİN-ə zəng edib. Gəlib, araşdırdılar. Uşaq da uzahat yazdı ki, əsəbləşib və buna görə belə addım atıb. Yəni o, nə döyülüb, nə də məktəbdən qovulub\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button