Fakt

Müsavat başqanının ictimaiyyətə mitinq müraciəti…

Müsavat başqanının ictimaiyyətə mitinq müraciəti...Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilindən mitinqlə bağlı ictimaiyyətə müraciət edib.

Həmin müraciəti diqqətinizə çatdırırıq:

\”Müsavat Partiyası Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 14 dekabr tarıxdə saat 15:00-da \”İnşaatçılar\” metrostansiyası yaxınlığındakı \”Məhsul\” stadionunda \”Siyasi Məhbuslara Azadlıq\” şüarı ilə mitinq keçirəcək.

Mitinq Baki Şəhər İcra Hakimiyyəti ilə rəsmən razılaşdırılıb.

Əziz həmvətənlər!

Əziz bacı və qardaşlarım!

Mitinqimiz hakimiyyətin cəmiyyət üzərinə basqılarının, haqsızlığın durdurulması, repressiyslara son qoyulması, avtoritar rejimin xalqın iradəsi ilə hesablaşmağa vadar edilməsi baxımından çox vacibdir.

Bu gün həbsxanalarda yüzədək siyasi məhbus var. Haqsız olaraq azadlıqlarını, vətənlərini, layiq olduqları firavan həyatlarını itirənlərin sayı isə dəfələrlə çoxdur.

Biz azad olmamağımızın acılarını zaman-zaman yaşayırıqsa, həbsdəkilər bunu anbaan yaşayırlar.

Hava şəraitindən, hansı vacib işlərinizin olmasından asılı olmayaraq, dekabrın 14-də keçiriləcək mitinqimizə gəlin. İlimizdən, ayımızdan ayırdığımız bu iki saat bəşəri dəyərlərə, azadlıq idealına, millətimizin gələcəyinə veridyimiz töhfə olacaq.

Hər birimizin azadlığı uğrunda öz azadlıqlarını itirmişlərə sayğı borcumuz da var.

Sizi azadlıq mücahidlərinin şərəfinə iki saatlıq sayğı duruşuna çağırıram!\”

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button