Olimpiya çempionu oğurluq üstdə tutuldu
Üzgüçülük üzrə olimpiya çempionu Lor Manodu Parisdəki Disneylend əyləncə mərkəzindən oğurluq edərkən yaxalanıb.
Virtualaz.org saytı “Life News”a istinadən xəbər verir ki, 2004-cü ildə dünyanın ən yaxşı qadın üzgüçüsü tituluna yiyələnən fransız L.Mandou əyləncə parkına rəfiqəsi və 4 yaşlı qızı ilə istirahətə gedibmiş. Oğurluğu da elə bu zaman oradakı mağazadan ediblər.
Olimpiya çempionunun və onun rəfiqəsinin əl çantasından pulu ödənməmiş xeyli bahalı suvenir çıxıb. Məlum olub ki, L.Manodunun rəfiqəsi 300, olimpiya çempionunun özü isə 200 avro dəyərində souvenir oğurlayıbmışlar.
Maraqlıdır ki, ilkin dindirmədən sonra qadınların hər ikisi sərbəst buraxılıb. Disneylendin təhlükəsizlik xidməti əməkdaşları qadınlardan polisə şikayət etməyib. Onlardan sadəcə oğurladıqları malları geri qaytarmaq tələb olunub.