Mirşahinin \”Qarabağ\” sujeti qadağan edildi – Video
ANS-də yayımlanan həftəlik \”Hesabat\” verilişindəki \”Qarabağ\” – \”İnter\” oyunu ilə bağlı Mirşahin Ağayevin hazırladığı sujetin Yutub şəbəkəsində yayımı qadağan olunub.
Publika.az xəbər verir ki, sözügedən sujet Yutub portalına yerləşdirilsə də, bir neçə dəqiqə sonra silinib. Portalda sujetə baxmaq istədikdə istifadə olunan materialların müəllif hüquqlarının UEFA-ya məxsus olduğu əsas gətirilərək, portal tərəfindən girişin qadağan edildiyi bildirilir.
Həmin sujetin mətni:
Mir Şahin: \”Təmiz qolu kirli əl batırdı\”
\”Əvvəlcə onu deyim ki, Qurban Qurbanova və onun uşaqlarına təşəkkürümüzü bildirməliyik. Və təkcə milli topumuzu ayaqlar altında tapdalanmaqdan qurtardığına görə yox. Qurban və onun komandası doğrudan da hər şeyi etdi. Amma sonda beynəlxalq ədalət işləri korladı. Təmiz qol vurduq və kirli hakim onu batırdı.
Əlbəttə burada mübahisə etmək də, “inter”li oyunçunun topa toxunaraq onu qapıya yönəltdiyi və bununla da qolun sayılmalı olduğu barədə etirafını qəribçiliyə salmaq da olar. Amma paralel oyunda, “Sent-Etyen\”in \”Dnep”rə vurduğu və heç-heçə vəziyyəti yaratdığı təmiz qolu da hakimlər saymayıb.
Oyun heç-heçə bitsəydi, “Qarabağ” bütün hallarda irəliləyəcəkdi. Hətta Bakıdakı ədalətsiz heç-heçə təqdirində belə. İndi kim məni inandıra bilər ki, hər iki təmiz qol məhz “Qarabağ”ın play-offa çıxmaması üçün hesaba alınmayıb… Qarabağ doğrudan oyunların Qurbanıdır.
Həmişə belədir. Bizim təmiz qolumuzu hansısa kirli əl mütləq batırır… Və sonra da bu əllər gedir BMT-də qətnamə filan yazmağa…\”
Aşağıdakı isə qadağan edilmiş videodur.