Fakt

Söyün Sadıqov yeni millət \”kəşf etdi\”: \”Biz azəri tatarlarıyıq\” – VİDEO

Söyün Sadıqov yeni millət "kəşf etdi": "Biz azəri tatarlarıyıq" - VİDEO“Yalnız Rusiyada olmayan insanlar Krım tatarlarına istehza edildiyinə inanırlar”.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov Krım Tatar Xalqının İctimai Şurasında çıxışı zamanı söyləyib.

O, tatarların Krımla kifayətlənməməli olduğunu deyib:

“Salam əziz türk qardaşlar, Krım tatar qardaşları! Biz də sizin kimi azəri tatarlarıyıq. Mən bu gün sizin aranızda gəncləri, qadınları görürəm. Demək ki, siz Krım birliyinə ehtiyac duyursunuz. Demək, başa düşürsünüz ki, sizin xalqınızın gələcəyi yalnız özünüzdən asılıdır. Demək, siz 1944-cü ildə baş verən dəhşətlərin təkrarlanmasının qarşısının alınmasının yalnız özünüzdən asılı olduğunu bilirsiniz. Siz əvvəllər həmişə Krıma kilidlənmişdiniz. Bu gün artıq Krıma kilidlənmək lazım deyil. Rusiya ilə olmaq lazımdır. Bu, 17,5 milyon kvadrat kilometr ərazisi olan ölkədir. Sizin ölkəniz budur. Sizin vətəniniz budur. Hər kəslə Kamçatkada, Saxalində, Murmanskda, Dərbənddə, Kalininqradda bərabərsiniz. Ona görə ki, bura sizin vətəndir. Bu o vətəndir ki, orada sizin əcdadlarınız yaşayıblar. Bu o vətəndir ki, orada sizin nəvələriniz doğulacaq və böyüyəcək. Hərdən informasiyalar gəzir ki, Rusiya buranı işğal edib və tatarlara istehza edir. Müəyyən provokatorlar bu və ya digər məsələlərdə yalan informasiyalar buraxırlar. Rusiyada olmayan insanlar isə buna inanırlar”.

Qeyd edək ki, Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə \”AzerRos\”un prezidenti seçilib. Mediada Azərbaycana qarşı yaradılmış Milyarderlə İttifaqının üç əsas yaradıcısı sırasında adı hallanır. Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir.

Xatırladaq ki, Söyün Sadıqovla bağlı video dekabrın 11-də Yutub sosial şəbəkəsində yerləşdirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button