Fakt

“Rövşən Lənkəranski”nin adamının burnunu kəsdilər

“Rövşən Lənkəranski”nin adamının burnunu kəsdilər25 yaşlı “qanuni oğru” Laşa Barateli Sankt-Peterburqda bərk döyülüb.

Musavat.com Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, “Soxulcan” ləqəbi ilə tanınan gürcünü Aslan Usoyan (“Ded Xasan”) klanı cəzalandırıb.

Dekabrın 16-da mühafizəçilərindən ayrılaraq yaşadığı binaya daxil olan “qanuni oğru”nun qarşısını 7 nəfər kəsib. Onu möhkəm döydükdən sonra üzünü və burnunu kəsiblər.

Rusiya saytlarının iddiasına görə, “Soxulcan” bir neçə il əvvəl Sankt-Peterburqda “Ded”ə qarşı sui-qəsd planlaşdırıbmış. Amma sui-qəsd baş tutmayıb. “Bu işdə isə ona “xaç atası” Rövşən Canıyev və “Rüfət Gəncinski” dəstək verib”, – deyə məlumatda bildirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button