Fakt

Gəncə Dövlət Universitetində imtahanlara ciddi hazırlıq

Gəncə Dövlət Universitetində imtahanlara ciddi hazırlıqAzərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin payız (qış) imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, şəffaflığın təminatını, hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin etmək üçün imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalamışdır.

Dövlətimizin təhsil sahəsində siyasətini dəstəkləyərək onun daim reallaşması üçün səy göstərən Gəncə Dövlət Universitetinin kollektivi hal-hazırda Təhsil Nazirinin əmrindən irəli gələn bütün göstərişləri layiqincə yerinə yetirməyi başlıca məqsədə çevirmişdir. Rektor Yusif Yusibov payız (qış) imtahan sessiyasının şəffaf, təlimata uyğun şəkildə keçirilməsi üçün hazırlıq işləri ilə əlaqədar aidiyyatı qrumlara göstərişlər vermiş və vacib olan tədbirləri əmrləşdirmişdir.

İlk növbədə kredit sistemi ilə fəaliyyət göstərən ixtisaslarda imtahan sessiyasının Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında müvəqqəti əsasnamə»yə uyğun təşkil edilməsi, təhsilin magistratura səviyyəsinin əyani və qiyabi formasında sessiyanın gedişi zamanı təsdiq edilmiş tədris planlarına və mövcud təlimatlara riayət olunması nəzərə çatdırılmışdır. Universitetdə kredit sistemi tətbiq olunan ixtisaslarda imtahanlar yazılı, test üsulu ilə kompüterlər vasitəsilə, xüsusi qabiliyyət tələb edən fənlərdən isə qabaqcadan yaradılmış komissiya tərəfindən qabiliyyət imtahanı götürüləcəkdir.

Artıq imtahan cədvəlləri tədris planları əsasında tərtib edilir, imtahan sessiyası başlananadək tələbələrin semestr ərzində topladıqları (kollokviumlar, frontal sorğular, praktik məşğələlərin həlli və s.) balların, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnlərinin elektron formada Universitetin saytında yerlşdirilməsi yaxın günlərdə başa çatdırılacaqdır.

İmtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və müvafiq tədbirlər görülməsi məqsədi ilə imtahan sessiyası başlananadək Universitet üzrə Appelyasiya Komissiyası, yazılı, test və qabiliyyət imtahanlarının gedişatına nəzarət etmək, test imtahanları verəcək tələbələrə istifadəçi adı və şifrəsi paylamaq məqsədilə fənn üzrə mütəxəssis olmayan nəzarətçilər qrupu yaradılacaqdır.

Qabiliyyət imtahanlarının qəbul edilməsi və qiymətləndirilməsi məqsədilə fənn üzrə ixtisasçı müəllim dəvət ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların aşkar edilməsi və vaxtında tədbir görülməsi məqsədilə “İmtahan qərargahı” fəaliyyət göstərəcəkdir.

İmtahandan bir gün qabaq fənlər üzrə 50 test sualının tərtib edilməsi zamanı məxfiliyi təmin etmək məqsədilə “Test bunkeri” yaradılacaq və lazımi avadanlıqlarla təmin ediləcəkdir.Tələbə yazılı imtahan suallarından və nəticələrdən razı olmadıqda həmin gün Universitet üzrə yaradılmış Appelyasiya Komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edəcək, müraciət əsaslı olduqda Appelyasiya Komissiyasının sədri uyğun fakültə dekanı, kafedra müdiri və fənn müəllimi daxil olmaqla öz rəhbərliyi altında komissiya təşkil olunub nəticələr yenidən araşdırılacaqdır. Appelyasiya Komissiyasının rəyi müsbət olduqda tələbənin yazılı cavablarına hesablanmış ballarına düzəliş ediləcəkdir.

Təhsilin bakalavriat səviyyəsi üzrə yazılı və qabiliyyət, magistratura səviyyəsi üzrə isə yazılı imtahan götürülməsi nəzərdə tutulan fənlər üçün hər birində 5 sual olmaqla 30 ədəd imtahan biletləri hazırlanacaq, kafedra müdiri, uyğun fakültə tədris-metodik şurasının sədri və fənn müəllimi tərəfindən imzalandıqdan sonra tədris şöbəsi tərəfindən möhürlənəcəkdir.

Zəif oxuyan tələbələrlə aparılan işlərə dair hər bir müəllim cavabdehdir. Bu baxımdan da noyabrın 25-dək məsləhət saatlarının qrafiki tərtib edilərək kafedranın müəllimlərinə və tələbə kontingentinə çatdırılması mühüm işlərdən biri kimi nəzərə alınmışdır. Payız (qış) imtahan sessiyası dövründə kabinə və laboratoriyaların iki növbədə, kitabxanaların fasiləsiz işləməsi təmin ediləcəkdir.

İmtahan semestr ərzində tədris prosesində görülən işlərin yekunu, tələbələrin aldığı biliklərin nəticəsidir. Reallıq, obyektivlik, şəffaflıq imtahanların həlledici amilləridir. Payız (qış) imtahan sessiyasının ilk günlərindən görülən işlər, hər bir əməkdaşın məsuliyyət hissi Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivinin qarşısında imtahanların yaratdığı imtahandan uğurla çıxacağından xəbər verir.

ELMİ ƏLAQƏLƏR GENİŞLƏNİR

Gəncə Dövlət UniversitetiMövlana Mübadilə proqramı çərçivəsində 20-dən artıq Türkiyə Universitetləri ilə müqavilələr bağlamışdır. Noyabr-dekabr aylarında bir nəfər əməkdaş Ankaranın Hacıtəpə Universitetində, dörd nəfər əməkdaş Elazığda yerləşən Firat Universitetində təcrübə keçmişdir. Bir həftə ərzində müəllimlər dərslərdə iştirak etmiş, həmçinin dərs demişlər. Hal-hazırda həmin proqram çərçivəsində iki nəfər tələbə Hacıtəpə Universitetində, iki nəfər tələbə Giresunda, Ardahan Universitetindən də bir nəfər tələbə Gəncə Dövlət Universitetindətəhsilini davam etdirir.
Erasmus-webb layihəsinə əsasən 10 nəfər bakalavr, magistr və doktorant İtaliya, Fransa, Finlandiya və Polşada təhsil almaqdadır. Onların beş nəfəri İtaliyanın Ka-Foskari Universitetindədir. Ka-Foskari Universitetində elmi işini davam etdirən doktorant Gültəkin Allahverdiyeva Cənubi Qafqaz məsələlərini araşdırır.
Tempus proqramı çərçivəsində üç qalib layihənin iştirakçısı olan Gəncə Dövlət Universitetilayihələr əsasında işlərini gücləndirməkdədir. Dekabr ayında Bakıda və Naxçıvanda layihə çərçivəsində keçirilən treninqlərdə Universitet əməkdaşları iştirak edəcəklər. ESVİDİP layihəsinin yekununda isə Gəncə Dövlət Universitetindəəlil tələbələr üçün Qərb regionunda ilk olaraq mərkəz açılacaqdır.
Fransadan olan Lusil Vitkov Azərbaycan Fransa İnstitutu ilə müqavilə əsasında stajor qismində Universitetin fransız dili ixtisasında üç ay müddətində dərs demişdir.
Universitet Avropa və digər universitetlər arasında əlaqələrini durmadan artırmaqdadır. Bu isə beynəlxalq əməkdaşlıq, təhsil mübadiləsi, daha savadlı mütəxəssislərin hazırlanması sahəsində öz gözəl bəhrəsini verməkdədir.

İntellektual oyunu “Mer kuboku-2014”
Gəncə şəhərində ilk dəfə Gənclər və İdman Baş İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı ilə ilk dəfə olaraq “Mer kuboku-2014” adı altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Əsas məqsəd tələbələrin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və s. olub.

İntellekt yarışında Gəncə şəhərinin ali təhsil məktəblərini əhatə edən 20 komandanın 140 nəfər iştirakçısı mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu yarışda müəyyən vaxt çərçivəsində hər mərhələsində 12 sual olmaqla, ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib. Qalib komandalara kubok, medal və diplomlar təqdim olunmuşdur.

Sevindirici haldır ki, yarışda iştirak edən Gəncə Dövlət Universitetinin “Eidon” komandası komandalar arasında ən yüksək göstəricilərə sahib olub. Belə ki, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahovun hazırladığı “Eidon” komandası I yeri əldə edə bilib. “Eidon” sözünün də latınca mənası elə “qələbə” demək imiş.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə şəhərində ilk dəfə keçirilən və bundan sonar mütəmadi keçirilməsi qərara alınan “Mer kuboku-2014” adı altında “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal Məcidlini (İqtisadiyyat fakültəsinin IY kurs tələbələri), Nürəddin Hüseynovu ( Fizika və texniki fənnlər fakültəsinin tələbəsi) və Şövkət Orucovanı ( Xarici dillər fakültəsinin tələbəsi) qəbul edib, Universitetin şərəfini qoruduqları üçün təşəkkürünü bildirmiş və mükafatlandırmışdır.

Maqbet Əhmədov,
Gəncə Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button