Fakt

9 nəfəri xəstəxanalıq edən polis işdən qovuldu

9 nəfəri xəstəxanalıq edən polis işdən qovulduÖtən ay Bakıda ağır qəza törətmiş yol polisi əməkdaşı barədə yeni məlumatlar var.

Aznews.az xəbər verir ki, 9 nəfərin xəsarət aldığı qəzanı 10 YP 442 nömrəli yol polisi avtomobilini idarə edən Zaur Rzayev adlı polis əməkdaşı törədib. Aidiyyəti qurumlar məsələni araşdırdıqdan sonra, qəza törədən yol polisi əməkdaşının günahı tam sübuta yetirilib və o vəzifəsindən azad olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sayta açıqlamasında deyib ki, qəza törədən yol polisi əməkdaşının işdən çıxarılması təbiidir: “Konkret olaraq əgər deyirlər ki, Zaur Rzayev işdən çıxarılıb, deməli, o, hər hansı bir nöqsana yol verib. Yol nəqliyyat hadisəsi törətməyin özü nöqsandır. Ancaq bu faktı yenə dəqiqləşdirmək lazımdır. Məzuniyyətdə olduğuma görə, heç nə deyə bilmərəm, dəqiq informasiyam yoxdur. Ancaq əmin ola bilərsiniz ki, hər bir polis əməkdaşı hər hansı bir nöqsana yol verirsə, dərhal xidməti araşdırılma aparılır və ona fəaliyyətilə bağlı qiymət verilir və mütləq cəzalandırılır. Cəzası da hətta, işdən azad olunmaya qədər olur. Biz hər halda hərbiləşdirilmiş bir sistemlə fəaliyyət göstəririk. Sözsüz, kim fəaliyyətində nöqsana yol verirsə, yol verdiyi nöqsana uyğun cəzalandırılır”.

Qeyd edək ki, hadisə noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəymişdi.

Zərbənin təsirindən “Ford” səkiyə çırpılmış, sərnişinlərdən 7 nəfəri yaralanmışdı.

O vaxt Dövlət Yol Polisi əməkdaşlarının da xəsarət aldığı deyilir və bütün yaralıların təcili olaraq xəstəxanaya aparıldığı bildirilirdi.

Maraqlıdır ki, Vaqif Əsədov onda da məzuniyyətdə olduğunu demiş və hadisə barədə konkret məlumat verməmişdi

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button