Fakt
Rəfiqəsini çəkicə öldürən qadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1960-cı il təvəllüdlü Nailə Apayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Qeyd edək ki, hadisə 2014-cü il, iyunun18-də Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən mənzillərin birində baş verib. Nailə Apayevanın evinə gələn rəfiqəsi ilə arasında mübahisə düşüb.
Mübahisə zəminində N.Apayeva rəfiqəsi Lalə Vəliyevanı çəkiclə vuraraq qətlə yetirib.
Məhkəmə baxış dekabrın 25-ə təyin edilib.