Fakt

Putin Ərdoğanı təriflədi: \”Əsl kişidir\”

Putin Ərdoğanı təriflədi: "Əsl kişidir"Rusiya prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

ANS PRESS-in məlumatına görə, rusiyalı lider Ərdoğanın cəsur bir şəxsiyyət olduğunu deyib.

Putin \”Cihan\” agentliyinin jurnalistini özü şəxsən təqdim edib. O, agentliyin əməkdaşı Fuad Səfərovu sualını səsləndirmək üçün dəvət edib.

Jurnalist Türkiyə ilə Rusiya arasında əlaqələrin gələcəkdə necə inkişaf edəcəyi barədə sual ünvanlayıb.

Putin Ərdoğana bəzi layihələri nümayişkəranə şəkildə elan etməməyi təklif etdiyini deyib: \”Amma o möhkəm kişidir. O, düşündü və dedi ki, yox danışacağıq\”.

Rusiya lideri qeyd edib ki, indi avropalı bürokratların Türkiyəyə getməyə başlaması maraqlıdır və görünür, onlar Türkiyəni Rusiyaya qarşı sanksiyalara inandırmağa çalışıblar: \”Amma Türkiyə müstəqil ölkədir. Bunun üçün də o belə təzyiqlərə cəhdlərlə mübarizə apara bilər. Rusiya ilə Türkiyənin ortaq maraqları çoxdur. Buna görə də iki ölkənin əməkdaşlığı fəal şəkildə inkişaf edəcək\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button