Fakt

Canavarı toyuq hininə salıb tutdular – MASALLIDA

Canavarı toyuq hininə salıb tutdular - MASALLIDAMasallı rayonunda canavar kəndə hücum edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar.

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button