Fakt

\”Prokuror\” Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il həbs istədi

"Prokuror" Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il həbs istədiAzərbaycanın işğal altındakı Xankəndi şəhərində kəlbəcərli girovlar Dilqəm Əsrəgov və Şahbaz Quliyevin üzrənidə qurulan “məhkəmə” prosesi yekunlaşmaq üzrədir.

Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, bu gün keçirilən \”proses\” zamanı prokuror Karen Qabrielyan Dilqəm Əsgərovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edib. O, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum olumasnı istəyib.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə – öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.

Oktyabrın 27-dən başlayaraq işğal altındakı Xankəndi şəhərində azərbaycanlı girovlara qondarma məhkəmə qurulub. Ermənilər onları diversant olmaqda günahlandırırlar.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button