Gündəm

BDU-nun həbsdəki professorundan yeni xəbər var

BDU-nun həbsdəki professorundan yeni xəbər varBakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı prokurorluğun protestinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə qərar açıqlanıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib.

BDU hüquq fakültəsi “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Professor Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhəmməd İmanlı hökmdən apelyasiya və kasasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. Sabunçu Rayon Məhkəməsinə müraciət edən Məhəmməd İmanlının işinə baxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Prokurorluq məhkəmənin bu qərarından narazı qalıb və apelyasiya protesti verib. Prokurorluğun protestində Məhəmməd İmanlının həbs edilməsi tələb olunub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button