Gündəm

\”Lider\” TV-dən Teleradio Şurasına sərt cavab: \”Şər atırsan…\”

"Lider" TV-dən Teleradio Şurasına sərt cavab: "Şər atırsan..."

\”Lider\” telekanalı Milli Televiziya və Radio Şurasını (MTRŞ) ittiham edib.

\”Lider\” TV-dən \”Trend\”ə daxil olan məlumatda deyilir: \”MTRŞ adlı qurum 25.12.14-ci il tarixində keçirdiyi qeyri-müəyyən və məqsədli iclasında \”Lider TV və Radio Azərbaycan\”ın \”Televiziya və radio yayımı haqqında\” qanunun pozulması ilə bağlı qərəzli qərarlar çıxarıb.

Maraqlısı ondadır ki, bu qərarlar ilk olaraq yazılı şəkildə \”Lider\” TV-yə göndərilməli olduğu halda qurumun rəhbərliyi və əməkdaşları MTRŞ-nin şər xarakterli xəbərdarlığını digər KİV-dən alıb. Guya \”Lider TV və Radio Azərbaycan\” MMC tərəfindən dekabrın 21-də saat 19:00-da efirə gedən \”Seçim\” verilişinin yayımı zamanı uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin nümayiş etdirilməsi ilə \”Televiziya və radio yayımı haqqında\” qanunun 33-cü maddəsi pozulub.

Qeyd edək ki, \”Televiziya və radio yayımı haqqında\” Azərbaycan Respublikası qanununun 32-ci maddəsinin 31.0.5-ci bəndinə əsasən terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunmamalıdır. Və biz, \”Lider TV və Radio Azərbaycan\” olaraq bunu dərk edirik. Sözügedən buraxılışımızı məhz buna həsr etmişdik. Dayələrin zorakılığına düçar olmasın deyə Azərbaycan vətəndaşını, azyaşlı uşaqları olan valideynləri diqqətli olmağa çağırmışıq və təbii olaraq faktlara əsaslanmışıq.

Çox maraqlıdır, televiziyada kadr göstərmədən zorakılığı necə pisləmək olar? Bunun üçün zorakılıq edənin qəddar, amansız, zorakılığa uğrayanın isə məzlum və zavallı olduğunu yazıb, onu kadr kimi efirə verib və bu yazının üzərində danışmaq lazımdır?! Televiziyanın nə olduğunu, kadr və vizuallıq, görüntü olmadan heç bir mahiyyət daşımadığını bilənlər yəqin nə demək istədiyimizi anladılar, adında \”televiziya\” kəlməsi olan MTRŞ-dən fərqli olaraq!

Televiziya jurnalistikası fakta, yəni görüntüyə əsaslanır. Yoxsa bir anlıq təsəvvür edin: ekranlara bax, beləcə, göy boşluq gəlir və arxadan bir səs öyüd-nəsihət verir: “Uşaqları döymək olmaaaaz!!!”

Belə televiziya olarmı? Əslində yox, amma Milli Televiziya və Radio Şurası hesab edir ki, televiziya məhz belə olmaldır. Dayənin uşağı döyməsi kadrlarının \”Lider\” TV-də göstərilərək təndiq olunmasından sonra Şura \”Lider\” televiziyası rəsmilərinin iştirakı olmadan iclas keçirib və bizə efirdə zorakılıq göstərməklə bağlı xəbərdarlıq edib. Ancaq \”Lider TV və Radio Azərbaycan\”a olunan xəbərdarlıq nəyə görəsə digər KİV-lərə göndərilib.

Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi anlayışa görə, zorakılıq – özünə və başqalarına bilərəkdən ya fiziki, ya da mənəvi xətər yetirmək, hədələmək, təzyiq göstərməkdir. Bu mənada, düzdür, nümayiş etdirilən kadrlarda zorakılıq var idi. Amma bu, o deməkdirmi ki, biz onu göstərə bilmərik? Çünki bu cür yanaşsaq, məsələn, “Tom və Cerri” cizgi filmi başdan-ayağa zorakılıqla doludur. Nə əcəb, Milli Televiziya və Radio Şurası buna hələ də dözür?

Ciddi danışsaq, əgər bu cür zorakılıq efirə verilməli deyilsə, onda ümumiyyətlə, televiziyaların işi dayandırılmalıdır. Çünki hər gün dünyada baş verən terror aktları, iğtişaşlar, kütləvi davalar… – bunların hamısı zorakılıqdır.

O ki qaldı \”Seçim\” verilişinə, MTRŞ efirə baxıbsa, tənqid atəşinə tutduğumuz 1 dəqiqəlik, dayələrin zorakılığını göstərən kadrları tənqid etməzdən öncə verilişin aparıcısı Rövşən Raqifoğlunun xəbərdarlıq etdiyini də görərdi. Görməyib, niyə?

Daha bir sualımız var. Hörmətli Teleradio Şurası, o kadrlar çəkilib televiziyalarda nümayiş etdirilməsəydi, Xocalı soyqırımının miqyası barədə necə xəbər tutacaqdıq, Xocalı soyqırımını dünyaya necə sübut edə bilərdik? Bir dəhşətli olaydan xəbər tutmadan, onu görmədən, göstərmədən onunla mübarizə aparmağı təbliğ etmək olmur, qərəzli və \”Lider\” TV-yə şər atmağa çalışan MTRŞ!\”

Qeyd edək ki, dünən Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
İclasda “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən \”Televiziya və radio yayımı haqqında\” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.
“Lider TV və Radio Azərbaycan” MMC tərəfindən dekabrın 21-də saat 19:00-da efirə gedən “Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin – dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarət yetirmə səhnəsinin nümayiş etdirilməsi ilə \”Televiziya və radio yayımı haqqında\” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin, \”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar\”ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr və 22 dekabr, 24 dekabr, 2014-cü il tarixlərdə \”Televiziya və radio yayımı haqqında\” qanunun 35.4; 16 dekabr və 22 dekabr, 2014-cü il tarixlərdə \”Televiziya və radio yayımı haqqında\” qanunun 35.5; 11 dekabr, 2014-cü il tarixdə \”Televiziya və radio yayımı haqqında\” qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button