Gündəm

Xədicə İsmayılı tutduran şikayətini geri götürür: \”Peşmanam…\”

Xədicə İsmayılı tutduran şikayətini geri götürür: "Peşmanam..."Xədicə İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev şikayətini geri götürmək istədiyini bildirib.

Savash.org xəbər verir ki, Tural Mustafayev “Qafqazinfo”ya açıqlamasında etdiyi hərəkətdən peşman olduğunu bildirib: \”Hazırda heç bir açıqlama vermək istəmirəm. Müstəqil vəkil axtarıram. Peşmanam. Yəqin ki, ərizəmi geri götürdükdən sonra hakimiyyət məni həbs edəcək. Ərizəmi nə üçün geri götürdüyümün səbəblərini vəkil tapdıqdan sonra açıqlayacam. Məncə, yazdığım ərizəyə görə Xədicəni həbs etmişdilərsə, indi də onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv etsinlər. Şəxsi münasibətləri ictimailəşdirməyə ehtiyac yox idi\”.

Qeyd edək ki, T.Mustafayev bu barədə özünün facebook hesabında da yazıb: “Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə İsmayila qarşı verdiyim şikayət ərizəsini geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var. Qorxu həbs olunmağım deyil, sadəcə vaxt edib şikayət ərizəsini götürməmiş həbs oluna bilərəm. Bəyan edirəm Xədicə İsmayila qarşı verdiyim ərizəni geri götürmək istəyirəm və bunu edəcəm”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button