Gündəm

Dövlət Departamenti Bakıda “Azadlıq”ın ofisinin möhürlənməsindən narahatdır

Dövlət Departamenti Bakıda “Azadlıq”ın ofisinin möhürlənməsindən narahatdır
ABŞ Dövlət Departamenti “Azadlıq” radiosunun Bakı bürosunun ofisinin Azərbaycan Baş Prokurorluğu tərəfindən möhürlənməsindən çox narahatdır.

Bu barədə dekabrın 27-də Vaşinqtonda açıqlanan bəyanatda deyilir. Məlumatı AFP agentliyi yayıb.

ABŞ Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, Azərbaycan paytaxtında bir neçə jurnalistin saxlanması və dindirilməsi barədə məlumatlar var. “Dindirmə və axtarışın aparılması üçün əsaslar bəlli deyil”, – o bildirib və Azərbaycan hökumətini mətbuat azadlığının müdafiəsi ilə bağlı öhdəliklərə əməl etməyə çağırıb.

“Azadlıq” radiosunun saytında bildirilir ki, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç radionun ofisinə polis reydini “qəbuledilməz” adlandırıb. O qeyd edib ki, \”Azərbaycanda söz azadlığına hücumlar davam edir\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button