Gündəm

Qərb agentlikləri “Azadlıq” radiosuna basqılardan xəbər verir

Qərb agentlikləri “Azadlıq” radiosuna basqılardan xəbər verir“Əcnəbilərə məxsus Milli Demokratik İnstitutu da bağladılar”

Dekabrın 26-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib və axtarış aparıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.

Bu hadisə Qərb agentlikləri tərəfindən diqqətlə izlənilir. “Agence France-Presse”və“The Associated Press” kimi nüfuzlu agentliklər də bu məsələ ilə bağlı xəbərlər yayıb.

“Agence France-Presse” bildirib ki, ABŞ-ın Dövlət Departamenti bəyan edib ki, bu hadisə ilə bağlı “dərindən narahatlıq keçirir”. Azərbaycanda dövlətin nəzarətindən kənarda olan medianın sudurulması artıq ənənəvi xarakter daşıyır.

“Azadlıq” radiosunun Azərbaycan dilli bölümünün rəhbəri Kənan Əliyev agentliyə bildirib ki, axtarış zamanı polis bəzi şeyləri, o cümlədən kompüterləri müsadirə edib.

Kənan Əliyev deyib ki, onlar ifadə alınan əməkdaşların gələcəyi ilə bağlı narahatdırlar: “Biz onların təhlükəsizliyi ilə bağlı qorxu içindəyik. Biz azad mediaya qarşı başlamış təzyiqlərin növbəti mərhələsindən keçirik”.

Agentlik qeyd edir ki, Xədicə İsmayılova haqqında 2 aylıq həbs tətbiq edildikdən sonra radioda belə bir axtarış aparılıb. Daha əvvəl isə rəsmi Bakı əcnəbilərə məxsus Milli Demokratik İnstitutun da bağlanmasına nail olmuşdu.

“The Associated Press” isə öz xəbərində Azərbaycan Baş Prokurorluğuna istinadən bildirmişdi ki, axtarışlar “ağır cinayət” əməli ilə bağlıdır.

Agentlik Xədicə İsmayılovanın həbsinin formalı səbəbi barədə ətraflı məlumat verdikdən sonra qeyd edib ki, “Amnesty International”ın rəyinə görə, o, vicdan məhbusudur və ifadə azadlığına görə həbsə atılıb.

Agentlik bildirir ki, insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar mütəmadi olaraq prezident İlham Əliyevi müstəqil medianı susdurmaqda və müxalifətə qarşı repressiyalar həyata keçirməkdə ittiham edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button