Gündəm

Azərbaycanlı milyarder vəkil Elman Paşayevi döydürdü

Azərbaycanlı milyarder vəkil Elman Paşayevi döydürdü
Moskvada yaşayan azərbaycanlı vəkil Elman Paşayev vəhşicəsinə döyülüb.

Bu barədə Axar.az-a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, Paşayevi «Yevropeyskiy\” Ticarət Mərkəzinə çağıran azərbaycanlı milyarder Qod Nisanov onu kabinetindəcə əvvəl mühafizəçilərinə döydürüb, sonra isə özü döyüb.

Məlumata görə, Paşayev rusiyalı oliqarx, \”Redisson-Slavyanskaya\” otelinin direktor müavini Mixail Vasilyevin xanımı Qalina Vasilyevanın hüquqlarını müdafiə edirmiş. Əri ilə boşanması barədə məhkəməyə müraciət edən xanım Vasilyeva onunla təzminat davası aparır.

Mixail Vasilyev isə Elman Paşayevə təzyiq göstərmək üçün əslən Qubadan olan milyarder Qod Nisanova müraciət edib.

Onu sahibi olduğu “Yevropeyskiy” ticərət mərkəzinə çağıran Nisanov vəkillkidən imtina etməsini istəyib. Paşayev isə razılaşmayıb. Belə olan halda onu vəhşicəsinə döyüblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button